Maykl Kerrik: "Bizi çətin oyun gözləyir"
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.
Sportliqa.az xəbər verir ki, ingiltərəli mütəxəssis Azərbaycan təmsilçisini yaxşı tanıdıqlarını və rəqibin güclü tərəflərinin fərqində olduqlarını bildirib.
“Sabah”dan nə gözləyirsiniz?” sualına cavab olaraq Kerrik deyib: “Onlar çox yaxşı məşqçi tərəfindən çalışdırılan komandadır. Çox oyunlarda qalib gəliblər və özlərinə inamlıdırlar. Komanda şəklində yaxşı pressinq edirlər. Buna görə də hansı rəqiblə qarşılaşacağımızı bilirik”.
Baş məşqçi “Sabah”la görüşdə mümkün rotasiyaya da münasibət bildirib: “Məhz buna görə geniş heyətimiz var. Rəqiblərin müəyyən güclü tərəflərinə və fərqli oyun üslublarına uyğunlaşmalıyıq. Cümə axşamı, sonra çərşənbə günü oynayacağıq. Əsas məsələ heyəti düzgün idarə etmək və futbolçularımıza güvənməkdir. Oynamağa hazır olan hər kəs meydana çıxa bilər”.