Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün növbəti yoxlama oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, Rui Jorjenin çalışdırdığı U-20 Yaponiyadan olan həmyaşıdları ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında millimiz 5:4 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycanın U-20 millisi ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub.