"Real"ın türk futbolçusu Arda Güler yenidən zədələnib.
Sportliqa.az xəbər verir ki, uzun zədədən qayıdan 18 yaşlı yarımmüdafiəçi yenə sıradan çıxıb. Gənc futbolçu komandanın dünən baş tutan məşqində iştirak etməyib.
Gənc oyunçu daha 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə AS nəşri məlumat yayıb.
Qeyd edək ki, "Real" Arda Güleri mövsümün əvvəlində "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü "kral klubu"nun heyətində debüt edə bilməyib.