UEFA Gənclər Liqasının (U-19) əsas mərhələsinin 2-ci turunun Masazırda keçiriləcək “Sabah” – “Slaviya” (Praqa) oyununun hakimləri məlum olub.
Sportliqa.az xəbər verir ki, oyuna Marius Hansen-Qrötta təyin edilib. Ona yan xətt hakimləri Aleksandr Yeqer və Henrik Sunne kömək edəcəklər.
Hakimlər briqadası Norveçdəndir.
“Sabah” (U-19) və “Slaviya” (U-19) arasındakı oyun oktyabrın 13-də “Bank Respublika Arena”da keçiriləcək və görüşə saat 15:00-da start veriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az