"Yuventus" futbolçusu Nikolo Facoli ilə müqaviləsini uzadıb.
Sportliqa.az xəbər verir ki, mərc oynadığı üçün ötən ay 7 ay müddətinə futboldan uzaqlaşdırılan 22 yaşlı yarımmüdafiəçi ilə 30 2028-ci ilin iyun ayının 30-dək sözləşmə imzalanıb.
Daha əvvəl oyunçunun meneceri Nikolonun qumar asılılığından əziyyət çəkdiyini etiraf etmişdi. Facoli 2021-ci ildən Turin təmsilçisinin əsas komandasında çıxış edir. O, 2022-ci ildən İtaliya yığmasında oynayır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.