Qazaxıstanın “Akas” klubunun U-19 komandasının məşqçilər heyəti “Qarabağ”ın əsas komandasının bazasında olublar.
Sportliqa.az xəbər verir ki, qonaqlar Ağdam təmsilçisinin infrastrukturu, məşqlərin təşkili, futbolçuların qidalanması və bərpası prosesi ilə tanış olublar.
Onlar həmçinin, trenajor zalına baş çəkib, fiziki yüklənmələrə nəzarət və məşq prosesinin təhlilində istifadə olunan Catapult sistemi ilə bağlı məlumat əldə ediblər.
Səfər zamanı “Akas” nümayəndələri “Qarabağ”ın məşqini izləyib, baş məşqçi Qurban Qurbanovla təcrübə mübadiləsi aparıblar.
Hazırda “Akas”ın U-19 komandasının baş məşqçisi olan Dovran Kencaxunov 2026-cı ilin martında “Qarabağ”da bir aylıq təcrübə keçib.
“Akas”ın U-19 komandası bir neçə gün əvvəl “Qarabağ”ın əvəzedici komandası ilə yoxlama oyunu keçirmiş və 3:0 hesabı ilə qalib gəlmişdi.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az