Bu gün Misli Premyer Liqasında 12-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, günün ilk matçı Şamaxıda oynanılıb. Autsayder “Araz-Naxçıvan” liderlər qrupunda qərarlaşan “Neftçi”ni qəbul edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da xallarını 27-ə çatdıran "Neftçi" yenidən liderliyə yüksəlib.
Gəncədə isə “Kəpəz” “Qarabağ”la üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bu matçda 15363 yerlik Gəncə şəhər stadionunda anşlaq yaşanıb. Qarşılaşma üçün satışa çıxan bütün biletlər iki gün əvvəldən satılıb.
22 noyabr (bazar)
17:00. “Kəpəz” - “Qarabağ” - 0:0
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev, Əkbər Əhmədov (VAR), Rəhman İmami (AVAR)
Gəncə şəhər stadionu
14:30. “Araz-Naxçıvan” - “Neftçi” - 1:3
Qollar: Qustavo Klisman, 19 (0:1), Draqolyub Saviç, 70 (0:2), Qustavo Klisman, 74 (0:3), Rüfət Abbasov, 82-avtoqol (1:3)
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev, Fərid Hacıyev (VAR), Vüsal Məmmədov (AVAR)
Şamaxı şəhər stadionu
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az