“Qarabağ”ın qapıçısı Martin Zlomisliç Bosniya və Herseqovina milli komandasında növbəti oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının B Liqasının 6-cı turunda Rumıniya ilə qarşılaşmada meydana çıxıb.
Bosniya və Herseqovina yığması doğma meydanda rəqibini 2:1 hesabı ilə məğlub edib. Start heyətində yer alan Zlomisliç matçın sonunadək meydanda olub.
Bu qələbədən sonra Bosniya və Herseqovina millisi 11 xalla qrupda ikinci yeri tutub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az