
Avro-2024-ün seçmə mərhələsinin növbəti oyununda Azərbaycan yığmasının qonağı olacaq İsveç millisi ötən gecə Bakıya gəlib.
Sportliqa.az xəbər verir ki, komandanın heyətində 3 itki var. Antoni Elanqa, Emil Holm və Lüdviq Avqustinsson zədə səbəbindən Azərbaycana gətirilməyib.
Yığmanın baş məşqçisi Yanne Andersson onların əvəzinə iki futbolçunu heyətə cəlb edib. Bunlar Niklas Hult və İsak Hindir.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək Azərbaycan - İsveç matçı saat 21:00-da başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması