
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.
Sportliqa.az xəbər verir ki, bu raundun son matçında "Şəfa" öz meydanında "Şəmkir"i qəbul edib. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.
Penaltilər seriyasında rəqibini 5:3 hesabı ilə üstələyən paytaxt təmsilçisi cütün qalibi olub. "Şəfa" II mərhələdə Premyer Liqada mübarizə aparan "Səbail"lə qarşılaşacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması