Nigeriya Futbol Federasiyası millinin baş məşqçisi Joze Paseyru ilə yollarını ayırmaq istəyir.
Sportliqa.az xəbər verir ki, federasiya rəsmisi Nse Esyen bu barədə açıqlama verib. Qurum təmsilçisi bildirib ki, portuqaliyalı mütəxəssisin təzminatını ödəyə bilmədikləri üçün istəkləri reallaşmır:
"Hamı Joze Paseyrunun müqaviləsinə xitam verilməsi üçün basqı edir. İki oyunda cəmi iki xal qazandıq. Bu, üzücü və təhlükəlidir. Ancaq federasiyanın təzminat ödəməyə pulu yoxdur və Paseyrunu vəzifəsində saxlamağa məcburuq".
Nigeriya DÇ-2026-nın seçmə mərhələsində Lesoto və Zimbabve ilə oyunlarda heç-heçə edib. Paseyru 2022-ci ilin mayından Portuqaliyanı çalışdırır.