
Mövsümə uğurlu başlayan "Atletiko"nun hücumçusu Antuan Qrizmann gələcəyi ilə bağlı qərar verib.
Sportliqa.az xəbər verir ki, Fransa millisinin üzvü Madrid təmsilçisində qalacaq. 32 yaşlı futbolçu Səudiyyə Ərəbistanı və digər klubların təkliflərini nəzərdə keçirmək istəməyib.
Bir müddət öncə təcrübəli hücumçu ilə "Mançester Yunayted"in də maraqlandığı iddia olunurdu.
Qrizmann bu mövsüm "Atletiko"da 16 oyunda 12 qol vurub, 1 məhsuldar ötürmə edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması