Heydər Əliyevin xatirəsinə həsr olunmuş, 44 günlük Vətən Müharibəsi veteranları arasında keçirilən I Respublika "Yenilməzlər" minifutbol turnirinin növbəti oyunu Sumqayıtda baş tutub.
Sportliqa.az xəbər verir ki, "Sumqayıt" və "Yaşa Azərbaycan!" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 44 günlük Vətən Müharibəsi veteranlarından ibarət komanda ilə futbol klubunun veteranları üz-üzə gəlib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində "Sumqayıt"ın vitse-prezidenti Aydın Xəlilov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova, həmçinin "YAŞA Azərbaycan"ın direktoru, layihənin müəllifi və rəhbəri Şahanə Quluzadə çıxış ediblər.
"Sumqayıt"ın prezidenti Riad Rəfiyev futbol veteranlarından ibarət komandanın heyətində meydana çıxıb.
Öz növbəsində, təşkilatçıların qarşılıqlı razılığı ilə klubun baş məşqçisi Filipe Kandido və Təhlükəsizlik Xidmətinin rəhbəri Elnur İbişov 44 günlük Vətən müharibəsi veteranlarının komandasına qoşulublar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az