Bu gün qadınlardan ibarət futbol üzrə Azərbaycan millisi Millətlər Liqasının C3 qrupunda son oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv evdə Farer adaları ilə oynayıb.Millimiz bu görüşdə də qələbə qazanıb.
Azərbaycan – Farer adaları 1:0
Qol: Nigar Mirzəliyeva, 68
Azərbaycan bundan əvvəl Kipr (1:1, 1:0), Monteneqro (1:0, 3:0) və Farer adaları (2:1) ilə oynamışdı. Millimiz artıq beşinci turda qrup liderliyini təmin edərək, B divizionuna keçidini rəsmiləşdirmişdi.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.