Bu gün minifutbol üzrə Azərbaycanın U-23 millisi dünya çempionatında ilk oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, komanda Rumıniya ilə qarşılaşıb. Matç 3:3 hesabı ilə yekunlaşıb.
Azərbaycan millisinin qollarını Xəzər Ağalızadə (3), Nihad Ağayev (35) və Fərid Abbasov (39) vurublar.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 16-na qədər Xorvatiyada keçiriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az