Futzal üzrə Yüksək Liqada 10-cu turun matçları baş tutub.
Sportliqa.az xəbər verir ki, turun ilk dueli – “Baku Fire” – “Record” görüşü baş tutmayıb.
Buna səbəb “Baku Fire”in protokolu matçın startına 75 dəqiqə qalmışa qədər “Yarışların idarəetmə sistemi”nə göndərməməsidir. Nəticə ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək. Digər iki oyun favoritlər üçün məşq xarakterli olub. “Neftçi” İK və “Araz-Naxçıvan” fasiləyə böyükhesablı qələbə ilə yollanıb.