Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə gənclər arasında qran-pri turnirinə start verilib.
Sportliqa.az xəbər verir ki, Dünya Cüdo Turuna daxil olan yarışın ilk günündə Azərbaycan təmsilçiləri 3 medal qazanıblar.
-57 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva gümüş mükafata sahib çıxıb. Eyni çəkidə yarışan Xədicə Qədəşova və -63 kq-da çıxış edən Hanna Zaytseva isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Turnirin ikinci günündə Azərbaycanın daha 5 cüdoçusu tatamiyə çıxacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az