
Madrid “Atletiko"sunun təcrübəli hücumçusu Anxel Korrea ailəsi ilə birlikdə olduğu evində qarət edilib.
Sportliqa.az xəbər verir ki, hadisə dünən baş verib. Dörd kapüşonlu şəxs argentinalı futbolçunun evinə girərək onu silahla hədələyib. Oğurluq zamanı pul və qızıl-zinət əşyaları götürülüb.
Mülki Qvardiya bütün mümkün sübutları toplamaq və belə çətin zamanda futbolçuya və ailəsinə kömək etmək üçün hadisə yerinə gəlib. Xəsarət alanlar barədə məlumat verilməyib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması