Madrid "Atletiko"sunun müdafiəçisi Sezar Aspilikueta 8-12 həftə meydana çıxa bilməyəcək.
Sportliqa.az xəbər verir ki, İspaniya Kubokunun son 1/8 finalında "Real"a qarşı matçda (4:2) zədələnib. 34 yaşlı müdafiəçinin xarici menisküsü cırılıb. Yaxın saatlarda Azpilikuetanın müalicəsinin formatı ilə bağlı qərar veriləcək.
Xatırladaq ki, o, matçın 106-cı dəqiqəsində meydana çıxsa da, zədə səbəbindən artıq 116-cı dəqiqədə əvəzlənib.