“Kadiz” klubu baş məşqçisi Serxio Qonzalesi istefaya göndərib.
Sportliqa.az xəbər verir ki, komandanın uğursuz çıxışlarına görə belə qərar verilib.
“Kadis” 21 turdan sonra 15 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Serxio Qonzales 2022-ci ilin yanvarından "Kadis"i çalışdırırdı.