"Neftçi"nin əməkdaşı Kamran Ağabalayev müğənni Nigar Camalın “Maska” verilişində onu qorillaya bənzətməsinə reaksiya verib.
Sportliqa.az xəbər verir ki, aktyor News24.az-a açıqlamasında Nigarın sözlərinə “Təəssüf ki, mən sizin haqqınızda eyni şeyi deyə bilmirəm, Nigar xanım” , - deyə münasibət bildirib.
Qeyd edək ki, Nigar Qorilla maskasının altında kimin olduğunu tapmağa çalışarkən Murad Arifin “Kamran Ağabalayev də sırğa taxır” sözlərinə “O da qorillaya oxşayır” demişdi.
Kamran Ağabalayevin "Neftçi"dəki işi kommunikasiya departamenti ilə əlaqədardır. O, klubla sosial platforma üzrə əməkdaşlıq edir.