Həmyerlimiz Bəhruz Qurbanlı karyerasını İspaniyanın "Union Deportivo Montijo" komandasında davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, "Neftçi"nin yetirməsi və U-19 komandasının üzvü olmuş 18 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, "Union Deportivo Montijo" Sequnda divizionunun (statusuna görə İspaniyada 4-cü liqa) 5-ci qrupunda yarışır. Hazırda "Union Deportivo Montijo" 18 komanda arasında 17-ci yeri tutur.