
İkinci Liqada mübarizə aparan "Şəki Siti" klubu heyətini yeni futbolçularla gücləndirib.
Sportliqa.az xəbər verir ki, bölgə təmsilçisi "Mingəçevir"dən Tural Məmmədzadəni, "Dinamo"dan isə Yusif Cəfərovu rənglərinə bağlayıb.
Bununla kifayətlənməyən şəkililər "Difai"dən Sercan Omarovu icarəyə götürüb.
Qeyd edək ki, 14 oyuna 23 xal toplayan "Şəki Siti" klubu turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.(pressing.az)
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.