"Qarabağ" klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya Liqa Kubokunda final oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, komanda həlledici görüşdə "Eştoril"lə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.
Penaltilər seriyasında isə "Braqa" daha dəqiq olub - 5:4. Bununla da "Braqa" tarixində 3-cü dəfə Portuqaliya Liqa Kubokunu qazanıb. Komanda daha əvvəl 2013 və 2020-ci illərdə bu kuboka yiyələnib.
Qeyd edək ki, "Qarabağ"ın "Braqa" ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.