
"Sevilya" klubunun yarımmüdafiəçisi İvan Rakitiç klubdan ayrılıb.
Sportliqa.az xəbər verir ki, daha əvvəl 35 yaşlı futbolçunun Səudiyyə Ərəbistanının “ƏL-Şəbab” klubuna keçməyə hazırlaşdığı bildirilirdi. Rakitiç "Sevilya"nın yeni baş məşqçisi Kike Sançes Floresin rəhbərliyi altında az oyun şansı almağından narazı idi. Həmçinin onun "Əl-Şəbab"la 2 illik müqavilə izmalayacağı da qeyd olunurdu.
Əlavə edək ki, Rakitiç 2020-ci ildə "Barselona"dan "Sevilya"ya keçmişdi. Daha əvvəl o, 2011-2014-cü illərdə də "Sevilya"da oynyıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması