Ötən gecə avrokuboklarda keçirilən oyunlardan sonra UEFA reytinq siyahısını yeniləyib.
Sportliqa.az xəbər verir ki, baş tutan görüşlər əmsallar cədvəlində Azərbaycanın da reytinq xallarının artmasına və sıralamadakı mövqeyinin dəyişməsinə şərait yaradıb.
"Qarabağ" Portuqaliyanın “Braqa” klubuna 4:2 hesabı ilə qalib gəlməklə ölkəmizə 0,500 əmsal qazandırıb. Beləliklə, cari mövsümdəki ümumi qazanc 5,375-ə yüksəlib.
Son 5 mövsümdəki ümumi xalı 19,625-ə çatan Azərbaycan reytinqdə Slovakiyanı geridə qoyaraq, 27-ci pilləyə yüksəlib. 26-cı sıradakı Slovakiya ilə aradakı xal fərqi 0,750-ə bərabərdir.
Qeyd edək ki, qrupda İsveç "Hakken"i üzərində qələbədən sonra Azərbaycan ötən reytinq sıralamasında Rusiyanı geridə qoymuşdu.
UEFA reytinqinə 100,803 xalla İngiltərə başçılıq edir. İspaniya (86,364) ikinci, İtaliya (83.998) isə üçüncü pillədədi.