Azərbaycanın çimərlik futbolu komandası “Marafon” İK “World Winners Cup Alanya 2026” turnirindəki növbəti oyununda da məğlub olub.
Sportliqa.az xəbər verir ki, ölkə təmsilçisi F qrupundakı üçüncü matçında Bolqarıstanın “Spartak” klubuna uduzub. Görüşün əsas vaxtı 4:4 hesabı ilə bitib. Penaltilər seriyasında isə rəqib daha dəqiq oynayıb – 3:1.
“Marafon” ilk turda Çinin TMS klubuna 2:4, ikinci oyunda isə Ukraynanın “Sunrise” (Kiyev) komandasına 6:8 hesabı ilə uduzub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az