"Napoli" klubunda baş məşqçi dəyişikliyi reallaşıb.
Sportliqa.az xəbər verir ki, Valter Mazzarri istefaya göndərilib. Onun yerinə Françesko Kalzona təyin edilib.
Xatırladaq ki, Kalzona əvvəllər “Napoli”də işləyib. O, Luçano Spallettinin köməkçisi, sonra isə texniki inkişaf üzrə məşqçi kimi çalışıb. Mütəxəssis Slovakiya millisinin də baş məşqçisi vəzifəsində qalacaq.
Qeyd edək ki, Kalzona bu mövsüm Neapol təmsilçisinin 3-cü baş məşqçisidir. Mazzarridən əvvəl komandanı Rudi Qarsiya çalışdırırdı.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.