Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv”un yeni baş məşqçisi müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, bu haqda Polşa klubunun mətbuat xidməti məlumat yayıb. Komanda David Şvarqaya tapşırılıb.
36 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Tomaş Kaçmareki əvəzləyib.
Qeyd edək ki, “Rakuv” Polşa çempionatında 6 xalla 18 komanda arasında sonuncu pillədə qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az