I Liqada mübarizə aparan “İrəvan” klubunda söz-söhbətlər səngimək bilmir.
Sportliqa.az saytına verilən məlumata görə, paytaxtda məskunlaşan klub növbəti dəfə maliyyə problemləri ilə üz-üzə qalıb. Belə ki, komanda üzvləri və məşqçi heyəti əmək haqqlarını almaqda çətinlik çəkirlər. İndiyə qədər futbolçulara yeni baş məşqçi Nazim Süleymanovun gəlişindən sonra bir dəfə pul paylanılıb və bu, komanda üzvlərinin gördüyü sonuncu ödəniş olub.
Onu da əlavə edə ki, “İrəvan” mövsümə başlamamış baş məşqçisi Elbrus Məmmədov və onun köməkçiləri ilə yolları ayırıb və məşqçilərə hər hansı ödəniş edilməyib. İddialara görə, komandanın keçmiş həkimi lazım olan dərman vasitələrini öz vəsaiti hesabına alıb və xərclədiyi pulu klubdan geri almaqda çətinlik çəkir.
Qeyd edək ki, “İrəvan” I Liqada çıxdığı 2 oyundan 4 xal toplayıb və turnir cədvəlində 4-c pillədə qərarlaşıb.