Gürcüstanın baş naziri İrakli Kobaxidze, Avropa çempionatına vəsiqə qazandıqlarına görə milli komandanın bütün futbolçularının “Şərəf ordeni” ilə təltif ediləcəyini bildirib.
“Şəxsən mən, bir fanat kimi, bu hadisəni 30 il idi ki, gözləyirdim. Bu uşaqlar bizə ən böyük xoşbəxtliyi hədiyyə etdilər. Onlar qəhrəmandırlar, qəhrəmanları isə mükafatlandırmaq lazımdır. Onlar ölkənin ən şərəfli insanlarıdırlar. Biz də öz tərəfimizdən kiçik töhfəmizi vermək istəyirik”, – deyə Kobaxidze sosial şəbəkə hesabında bildirib.
Xatırladaq ki, Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib.