Yığmamızın futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” komandası Türkiyə Super Liqasına vəsiqə uğrunda pley-off matçına çıxıb.
Sportliqa.az xəbər verir ki, “Çorum” səfərinə yollanan Kocaeli təmsilçisi 1:2 hesabı ilə məğlub olub.
Qarşılaşmaya start heyətində başlayan Şeydayev 90 dəqiqə meydanda olub.
Daha öncə digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” komandası pley-offda “Bodrumspor”a 0:2 hesabıyla uduzaraq Super Liqaya çıxmaq şansını itirmişdi.