Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Sportliqa.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalı Luna Rotenberger (12:2) və rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda litvalı Anna Tielieginadan da güclü olan (9:5) Məmmədova adını finala yazdırıb. Ruzanna həlledici görüşdə rusiyalı Yelena Kurovaya qalib gələrək Avropa çempionu olub.
Digər təmsilçilərimizdən Elvina Kərimzadə (50 kq) və Nərgiz Səmədova (55 kq) isə yarışı mükafatsız başa vurub.