Vitali Borisov millidə qalır, ya gedir?
AFFA Azərbaycanın futzal üzrə milli komandasının baş məşqçisi Vitali Borisovla bağlı qərarını açıqlayıb.
Sportliqa.az xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin iclasında bu məsələyə baxılıb.
42 yaşlı mütəxəssisin müqaviləsi daha 1 il müddətinə uzadılıb.
Qeyd edək ki, Vitali Borisov ötən ilin yayından millimizin baş məşqçisidir.