Premyer Liqanın 7-ci turunda "Qəbələ"nin qonağı olacaq "Qarabağ"da itkilər var.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisinin 2 futbolçusu Redon Cica və Bəhlul Mustafazadənin bu qarşılaşmada iştirak etməyəcəyi dəqiqdir. "Molde" ilə matçda zədələnən Mateus Silva da bu görüşdə istirahət edəcək.
Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.