UEFA "Zirə" klubunun rəqibinə xəbərdarlıq edib.
Sportliqa.az xəbər verir ki, buna Bakıda Xorvatiya təmsilçisi "Osiyek"ə qarşı keçirilən Konftrans Liqasının III təsnifat mərhələsinin cavab matçında yaşananlar səbəb olub.
Qonaqlar "komandanın düzgün olmayan davranışı"na görə xəbərdarlıq alıblar.
Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Səfərdə rəqibi ilə bərabərə qalan (1:1) "Zirə" penaltilər seriyasında (2:1) mərhələ adlayan tərəf olub. Bakı təmsilçisi növbəti raundda iki oyunun nəticəsinə əsasən Kiprin "Omoniya" komandasına uduzub - 0:6, 1:0.(Report)