Xəbərin başlığına baxdıqda ilk olaraq ağlınıza "Qarabağ"ın braziliyalı futbolçusu Juninyonun bugünlərdə "Sevilya"ya mümkün transferi gələ bilər.
Lakin mövzu tam başqadır. Xatırlayırsınızsa, Ağdam təmsilçisi bir müddət öncə, daha dəqiqi, mövsümün başlanğıcında yeni sezon formalarını ictimaiyyətə təqdim etmişdi. Fəqət "köhlən atlar"ın futbolçuları Premyer Liqa oyunlarına ötən mövsüm geyindikləri formalarla çıxırdılar. Hansı ki bu barədə saytımızda məlumat da dərc olunmuşdu. Bu da azarkeşlər tərəfindən birmənalı qarşılanmırdı.
Bunun səbəbi ilə bağlı Sportliqa.az-a maraqlı informasiya daxil olub.
Adətən ağdamlılar matçlardan sonra formalarını azarkeşlərə hədiyyə edirdilər. "Qarabağ" rəhbərliyi də futbolçuların səxavətli davranışından maksimum yararlanmaq qərarına gəlib.
Sən demə, Ağdam təmsilçisinin başbilənləri klubun anbarında yığılıb qalan köhnə formaları futbolçulara maya dəyərindən artıq qiymətə satırmış.
Elsevər Muradzadə