
Azərbaycan millisinin üzvü Renat Dadaşovun və Həsən Nəzərovun çıxış etdiyi Türkiyə Birinci Liqa təmsilçisi “Ankaragücü”nün yeni baş məşqçisi müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Kemal Özdeş çalışdıracaq.
Yerli mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
O, son olaraq 2023-cü ildə “Kasımpaşa”da baş məşqçi funksiyasını yerinə yetirib. 54 yaşlı çalışdırıcı bu postda Kenan Koçakı əvəzləyib.
“Ankaragücü” 1-ci Liqada 24 xalla 10-cu sırada qərarlaşıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.