Mehdi Cənnətov və Murad Xaçayev “Sumqayıt”ın heyətində Azərbaycan Premyer Liqasının ilk iki dövrəsində əvəz edilmədən meydanda olublar.
Sportliqa.az xəbər verir ki, Mehdi Cənnətov qış fasiləsinə qədər meydana çıxdığı 18 qarşılaşmanın 5-də qapısını toxunulmaz saxlamağı bacarıb.
Murad Xaçayev isə cari mövsüm keçirdiyi 18 matçda əvəz olunmamaqla yanaşı, Premyer Liqada ardıcıl 64 oyunda 90 dəqiqə meydanda qalıb. Bu qarşılaşmaların 10-u 2022/2023 mövsümünə, 36-sı isə ötən mövsümə təsadüf edir.