
“Qarabağ” klubunun futbolçusu Olavio Juninyonun Braziliyanın “Flamenqo” komandasına transferi ilə bağlı rəsmi danışıqlar davam edir.
Sportliqa.az xəbər verir ki, bu barədə Ağdam klubunun yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, şəxsi müqavilənin müzakirəsi və keçidin rəsmiləşməsi üçün 28 yaşlı hücumçu Braziliyaya - Rio de Janeyroya yollanıb.
Braziliya mediasının yazdığına görə, Juninyo bu gün Rio-de-Janeyroya yollanıb orada tibbi müayinədən keçəcək. Futbolçunun transferi üçün "Flamenqo"nun "Qarabağ"a 5 milyon avro təzminat ödəyəcəyi bildirilib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması