
"Turan Tovuz" klubu heyətinə yeni oyunçu cəlb edib.
Sportliqa.az xəbər verir ki, braziliyalı müdafiəçi Kauan Martins De Paula ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.
Son olaraq Şimali Makedoniyanın "Brera Strumitsa" klubunda forma geyinən 24 yaşlı futbolçu vətənində "Pirasikaba", "Mariliya" və "Qremio" Estoniyada isə "Narva-Trans"ın şərəfini qoruyub.
Qeyd edək ki, "Turan Tovuz" bu qış Anton Kraçkovski, Rəhim Sadıxov və Orxan Əliyevi də heyətinə cəlb edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.