“Qarabağ” heyətinə yeni futbolçu qatıb.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisi sabiq yarımmüdafiəçisi Kadi Borges “Qarabağ”ın sıralarına qoşulub.
28 yaşlı braziliyalı futbolçu yenidən “Qarabağ”ın uğurları üçün çalışacaq. Onunla 4 illik müqavilə imzalanıb.
2021-22-ci illərdə də bu komandada forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.