
Azərbaycan Premyer Liqasında növbəti mövsümdən komanda sayı artır. AFFA İcraiyyə Komitəsinin son iclaslarında qəbul edilən qərarlara əsasən, indiyə qədər 10 komandanın iştirak etdiyi çempionat 12 klubla davam edəcək.
Klub sayının artımı futbol ictimaiyyətində müsbət qarşılanıb.
Lakin Sportliqa.az-ın əldə etdiyi məlumata görə, bu dəyişiklik AFFA-nın maliyyələşdirmə siyasətinə də təsir edəcək.
Belə ki, AFFA Premyer Liqa təmsilçilərinə ayırdığı 3 milyon manatlıq illik vəsaiti 2,5 milyon manata endirməyi planlaşdırır. Yəni, hər klub əvvəlkindən yarım milyon manat az maliyyə yardımı alacaq.
Elsevər Muradzadə