
"Qarabağ" klubun fəxri prezidenti olmuş Abdolbari Gözəlin vəfatından sonra "qara bağlayıb".
Bu qənaətə klubun sosial şəbəkə hesablarına göz gəzdirməklə gəlmək mümkündür. Ağdam təmsilçisinin bütün sosial şəbəkə səhifələrində qara fonda foto qalmaqdadır.
Bundan əlavə, "Qarabağ" videopaylaşımları da musiqisiz edir. Normalda əvvəllər paylaşılan bir çox "reels"lərdə fonda melodiyadan istifadə edilirdi. O cümlədən klubun futbolçuları və texniki heyətin əməkdaşlarının doğum günləri ilə bağlı da təbrik paylaşımları edilirdi. Fəqət artıq buna da stop qoyulub. Bu da komanda daxilində böyük təəccüb doğurub.
Redaksiyamıza daxil olan informasiyaya görə, bu, Ağdam klubunun rəhbərliyinin istək və tələbindən irəli gəlir.
Mərhum funksionerin yasını saxlayan rəhbərliyin tapşırığı ilə klubun sosial şəbəkə hesabları bu formada fəaliyyət göstərir.
Sportliqa.az