
Bugünlərdə yayda "Qarabağ"da köklü dəyişikliklər olacağı ilə bağlı kluba yaxın saytlarda xəbərlər tirajlanmağa başlayıb. Növbəti mövsümdə legioner limitinin ləğv ediləcəyini də nəzərə alsaq, bu, əslində, gözlənilən addımdır.
Uğursuz çıxışlarına görə Qurban Qurbanovu məyus edən futbolçular arasında Addai, Aleksey Kaşuk, mövsümün sonunda karyerasını bitirəcəyi gözlənilən Bədavi Hüseynov və Bəhlul Mustafazadənin adı hallanır.
Açığı, Bəhlulun bu siyahıda yer alması sürpriz oldu. Məncə, "Qarabağ"da yerli futbolçular arasında 2 ən yaxşı oyunçudan biridir. Görünür, indidən yavaş-yavaş şüuraltı olaraq Bəhlulu ictimaiyyət arasında gözdən salmağa başlayıblar. Sanki Qurban müəllimin oğlu Musa və kürəkəni Abbas uğurlu çıxış edirlər, Bəhlul isə yox.
Əslində, başladılan bu kampaniyanın səbəbi də məlumdur. Sonda hələ 2 il də müqaviləsi olan Bəhlulun maaşını əhəmiyyətli dərəcədə azaltmağa nail olmaq istəyirlər.
Elsevər Muradzadə