
Geridə qoyduğumuz mövsüm çempionatın gümüş medallarını boynundan asan "Zirə" ölkəmizi ardıcıl ikinci ildir avrokuboklarda təmsil etmək hüququna yiyələnib.
Fəqət bununla belə, qəsəbə təmsilçisinin daxilində işlər rəvan getmir.
Klub rəhbərliyi maliyyə öhdəliklərini yerinə yetirə bilmir.
Belə ki, 20-yə yaxın sahibkar qarşısında öhdəliyi olan klub bir neçə aydır ki, bunun altından çıxa bilmir.
Başı Azərbaycanda keçirilən minifutbol üzrə dünya çempionatına qarışan "Zirə" rəhbərliyi bir növ maliyyə öhdəkiləri olduğu sahibkarları unudub.
Aylardır ki, bir çox sahibkar onlara çatmalı olan maliyyəni ala bilmir.(pressing.az)