
"Qarabağ"ın məşqçilər korpusuna yeni sima qoşulub.
Sportliqa.az xəbər verir ki, 2024/25 mövsümündən etibarən Əli Rəhmanov komandada video-analitik məşqçi Yanuş Vasilyevin köməkçisi kimi fəaliyyət göstərir.
Baş məşqçi Qurban Qurbanovun yaxından tanıdığı Əli Rəhmanov klub daxilində zəhmətkeşliyi, detallara diqqəti və texniki bilikləri ilə seçilir. Klubda onu gənc və perspektivli mütəxəssis kimi dəyərləndirirlər.
Qeyd edək ki, o, Qurbanovun köməkçisi Elçin Rəhmanovun oğludur. (pressing.az)
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması