
"Qarabağ"ın qanalı futbolçusu Emmanuel Addai Ağdam təmsilçisindən ayrıla bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. İnformasiyaya görə, 24 yaşlı oyunçu ilə yerli APOEL klubu ciddi şəkildə maraqlanır.
Kiprlilərin Ağdam klubu ilə razılığa yaxınlaşdığı bildirilir.
Addainin “Qarabağ”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 1,2 milyon avro qiymətləndirilir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması