Ayxan Abbasovun köməkçisi “Betis”in düşərgəsində
10 Avqust 2025 09:21
“Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasovun koməkçisi Elnur Çodarov İspaniyanın “Betis” klubunun akademiyasında olub.
Sportliqa.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“UEFA Pro” kateqoriya məşqçilik kurslarında iştirak edən məşqçi akademiyanın rəhbəri, məşqçiləri ilə görüşüb və məşq planı ilə tanış olub.