Leroy Mikels ”Zirə”də - ÖZƏL
10 Avqust 2025 14:51
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportliqa.az-ın əldə etdiyi məlumata görə, "qartallar" ötən mövsüm "Şamaxı"nın formasını geyinən Leroy Mikelslə anlaşıb.
30 yaşlı sol cinah vingeri ilə 2 illik müqavilə imzalanıb.
Elsevər Muradzadə